Ronaldo 700-ə çatdı

Ronaldo 700-ə çatdı
XƏBƏR 10 Oktyabr 2022 / 09:25 2723
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klub karyerası ərzində 700-cu qolunu vurub.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu buna İngiltərə Premyer Liqasının 10-cu turunda "Everton"la görüşdə (2:1) imza atıb. Ronaldonun 700 qol vurması üçün 20 il 2 gün lazım olub.

Portuqaliyalı forvard 700 qoldan 450-ni "Real"da, 144-nü "Mançester Ynayted"də, 101-ni "Yuventus"da, 5-ni isə "Sportinq"də vurub. 

Qed edək ki, Ronaldo 2021-ci ilin yayından "qırmızı şeytanlar"ın formasını geyinir. O, 2003-2006-ci illərdə də bu komandada oynayıb.


Son xəbərlər
topaz banner