"Olimpiakos" Bakıya qələbə ilə gəlir

"Olimpiakos" Bakıya qələbə ilə gəlir
XƏBƏR 9 Oktyabr 2022 / 20:00 5210
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” Yunanıstan Superliqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə OFİ ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

OFİ – “Olimpiakos” – 1:2
Qollar:
Ntoi, 40-avtoqol (1:0), Rodriges, 58 (1:1), Bakambu, 81 (1:2)

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Olimpiakos" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"u qəbul edəcək. Görüş okytabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında bir neçə gün əvvəl Yunanıstanda keçirilən görüş isə Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 


Son xəbərlər
topaz banner