"Oyundan və nəticədən razı qaldım. Bizim üçün vacib matç idi. Polşa qrupda əsas rəqibimizdir. Əlbəttə, iki qol vurmaqla komandama faydalı olmaq bir başqa sevincidir. Güclü oyunçulara sahibik və qarşıya qoyulan məqsədə çatmaq üçün potensialımız var. Oyundan-oyuna daha yaxşı olacağıq. İndi mövsümün əvvəlidir, bəzi futzalçılarımız tam formada deyil, zədəlilərimiz var".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin üzvü Rafael Vilela Bakıda Polşa yığmasına 4:3 hesabı ilə qalib gəldikləri dünya çempionatının əsas seçmə mərhələ oyunu barədə Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.
O bildirib ki, Polşa ilə matçda hesab 3:1 olduqdan sonra daha diqqətli oynamalı idilər: "Çünki qarşımızda güclü rəqib var idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Amma önəmli olan yekun nəticə idi ki, biz də bunu xeyrimizə dəyişə bildik".
Dünən istirahət etdiklərini söyləyən oyunçu artıq Yunanıstanla matçın hazırlığına başladıqlarını bildirib: "Bu gün Bakıda son məşqimizi keçəcəyik və Afinaya yollanacağıq. Rəqibə hörmətlə yanaşırıq. Qarşımızdakı komandanın zəif və ya güclü olmasından asılı olmayaraq, qələbə 3 xal verir. Biz də xal ehtiyatımızı artırmaq üçün mütləq qalib gəlməliyik".
Qeyd edək ki, Yunanıstan - Azərbaycan görüşü oktyabrın 11-də keçiriləcək.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək