Renatın komandasının oyununda 8 qol

Renatın komandasının oyununda 8 qol
XƏBƏR 9 Oktyabr 2022 / 12:58 3492
-  A +

Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında 10-cu tur oyununa çıxıb.
 
Qol.az xəbər verir ki, komanda doğma meydanda “Sion”la qarşılaşıb. Matç 4:4 hesabı ilə başa çatıb. Renat bu görüşdə iştirak etməyib. Onun adı iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, “Qrasshopper” hazırda 14 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb, "Sion" isə 15 xalla 4-cüdür. Siyahıya 23 xalla "Yanq Boyz" başçılıq edir.


Son xəbərlər
topaz banner