"Bu, son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən biridir" - Qara Qarayev

"Bu, son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən biridir" - Qara Qarayev
XƏBƏR 8 Oktyabr 2022 / 19:28 2671
-  A +

“Matçın böyük hissəsində rəqib pis təsir bağışlamasa da, biz daha cəsarətli oynadıq. İstər evdə, istərsə də səfərdə öz oyunumuzu göstərməyə çalışırıq. Gözəl atmosferdə çətin matç keçirdik. Bu, son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən biridir". 

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri oyunu barədə Yunanıstan mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, birinci hissədə “Olimpiakos” təzyiq edib çətin anlar yaşatsa da, topa nəzarəti əla ala biliblər: "İkinci hissədə çox şey müsbətə doğru dəyişdi. Təfərrüata varmaq istəmirəm. İkinci yarıda vəziyyətə nəzarət etməyə, yaratdığımız fürsətlərdən yararlanmağa başladıq”.


Son xəbərlər
topaz banner