Nazarovun komandasından qələbə

Nazarovun komandasından qələbə
XƏBƏR 8 Oktyabr 2022 / 18:27 1371
-  A +

Almaniya 3-cü liqasında 11-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” səfərdə "Oldenburq"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Nazarov da bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Erzebirge”  9 xalla 20 komanda arasında 16-cı pillədə qərarlaşıb. Siyahıya 25 xalla "Elversberq" başçılıq edir.


Son xəbərlər
topaz banner