Florentino Peres məhkəmədə qalib gəldi, 1 avro qazandı

Florentino Peres məhkəmədə qalib gəldi, 1 avro qazandı
XƏBƏR 8 Oktyabr 2022 / 09:37 2653
-  A +

“Real” prezidenti Florentino Peres öz  danışıqlarının səs yazısını yayan “El Confidencial” qəzeti ilə məhkəmədə qalib gəlib.

Qol.az AS-a istinadən xəbər verir ki, Peresin ifadələri əks olunan səs yazıları 2021-ci ilin iyulunda yayımlanıb. Səs yazılarında Peres Kriştiano Ronaldonu və Visente Del Boskeni axmaq, Raul və İker Kasilyası isə dələduz adlandırıb. Lakin bu səs yazıları köhnə olub, sonuncusu 2012-ci ilə aid idi.

Peres məhkəmədə qələbənin onun üçün pul qazanmaq fürsəti deyil, prinsipial məsələ olduğunu göstərmək məqsədi ilə qəzetdən simvolik olaraq 1 avro tələb edib. 

Madrid məhkəməsi qəzaeti şərəf və ləyaqətinin müdafiəsi hüququnu pozduğuna görə Peresə bir avro  ödəməyə və birbaşa ona aid olan hər hansı audio materialı dərc etməyi dayandırmağa məcbur edib.

Qeyd edək ki, F. Peresin 75 yaşı var. O, 2009-cu ildən “Real”ın prezidentidir.


Son xəbərlər
topaz banner