"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçular Təmkin Xəlilzadə və İlkin Muradovun əsas komandaya geri qaytarılması barədə danışıb.
Qol.az xəbər verir ki, o, Misli Premyer Liqasının 9-cu turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bu haqda deyib:
"Müəyyən problemlər olur ki, detallı şəkildə ictimaiyyətə açıqlamaq olmur. Məsələ istəkli olmamaları idi. Üzr istəməyi, kiminsə məndən üzr istəməyini xoşlamıram. Burada vəziyyət fərqlidir. Onlar əvəzedici heyətdə istəkli məşq etdilər, "Qəbələ-2"yə qarşı həvəslə, oynadılar deyə geri qaytardım. Təmkinlə futbolçu kimi birlikdə oynamışıq. Yaxın və tanış futbolçulardır. Onları heç vaxt itirmək istəməzdim. Bu addımı atmağı lazım bildim. İndi də onları geri qaytarmağı özümə borc bildim. Bu fasilə onların gələcək karyerası üçün faydalı olacaq".
Qeyd edək ki, "Zirə" daha əvvəl Təmkin Xəlilzadə və İlkin Muradov transferə çıxardığını və onların məşqlərini əvəzedici heyətdə davam etdirəcəyini açıqlamışdı. Daha sonra qərar dəyişdirilərək onlar əsas komandaya qaytarılmışdı.
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir