Marselodan “Qarabağ”la oyun haqda məyus paylaşım

Marselodan “Qarabağ”la oyun haqda məyus paylaşım
XƏBƏR 7 Oktyabr 2022 / 20:15 10219
-  A +

"Olimpiakos"un futbolçusu Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları matçdan sonra sosial şəbəkə hesablarında paylaşım edib.

Qol.az xəbər verir ki, o, Yunanıstan klubunda rəsmi debüt etdiyi "Qarabağ"la görüş barədə yazıb: "Demək olar ki, 5 ay oynamadan sonra geri qayıtmaq asan deyil... Amma mən qayıdacağam. Lakin bəhanə yoxdur! Bu, mənim gözlədiyim debütüm deyildi. Əminəm ki, bundan sonra yaxşı olacaq".

Qeyd edək ki, Marselo "Qarabağ"la görüşün 60-cı dəqiqəsində Andreas Boxalikisin əvəzinə meydana daxil olub.


Son xəbərlər
topaz banner