Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi öz həyatı barədə danışıb.
Qol.az "TN Deportivo"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu dostlarının az olduğunu deyib:
"Mən çox xoşbəxt biriyəm. Şükürlər olsun ki, uşaqlığımdan bəri xəyal etdiyim hər şeyi reallaşdıra biləcək qədər şanslıyam. İndiyə qədər bacardıqlarımı, əldə etdiklərimi düşünmürəm. Həmişə növbəti nəyin gələcəyini düşünürəm. Mən də hamı kimi normal bir insanam. Anamın və atamın mənə aşıladığı dəyərlərlə böyümüşəm. Az, amma həqiqi dostlarım var. Həmişə ailəmə çox sadiq olmuşam. Onlarla olduğum üçün xoşbəxtəm. Daha çox şeyə ehtiyacım yoxdur. Messi olmaq sizdən bəzi şeyləri alır. Bəzi şeylərdən çəkinirik. Məsələn, ailənizlə tək qalmağınız, diqqət mərkəzinə düşməməyiniz çox gözəl olardı. İstəyirəm ki, karyeramı başa vurandan sonra yaxşı bir futbolçu kimi yox, yaxşı bir insan kimi xatırlanmaq istəyirəm".
Qeyd edək ki, Messi ötən ilin yayında "Barselona"dan ayrıldıqdan sonra PSJ-yə keçib.
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir