"Qarabağ"la oyundan sonra ürəyi getdi

"Qarabağ"la oyundan sonra ürəyi getdi
XƏBƏR 7 Oktyabr 2022 / 16:30 10067
-  A +

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda ötən gecə "Qarabağ"la keçirilən oyundan sonra "Olimpiakos"un futbolçusu Pape Abu Sissenin həyat yoldaşı Jihannenin halı pisləşib.

Qol.az "MyNews.gr" saytına istinadən xəbər verir ki, seneqallı müdafiəçinin xanımı tribunlardan həyat yoldaşına qarşı edilən təzyiqlərə dözə bilmədiyindən huşunu itirib.

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, ilkin müdaxilədən sonra özünə gəlib.

Qeyd edək ki, "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra Pape Abu Sisse yerli azarkeşləri, fanatlar isə onu söyüb.


Son xəbərlər
topaz banner