Xəbər verdiyimiz kimi, FİFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin sabiq klubu “Legiya”ya 100 min borcu olduğuna görə futbol fəaliyyətinə qadağa qoyub.
Qol.az qafqazinfo.az-a istinadən xəbər verir ki, yığmamızın forvardı haqqında bu qərarın verilməsinə isə Polşa klubunun hüquqşünası Yakub Lakovski nail olub. Maraqlıdır ki, Lakovski “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsindəki işində 3 hakimdən biri olub.
Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi ilə bağlı təcavüzkar ölkəyə qarşı feysbukda yazdığı statusa görə futbolla bağlı fəaliyyətinə qadağa qoyulan İbrahimovun apellyasiya şikayəti həmin məhkəmədə təmin olunmayıb.
Bu barədə vəkil Fərid Haqverdiyev feysbuk hesabında paylaşım edib. O həmçinin bildirib ki, Emreli 25 min avronu gecikdirdiyinə görə hazırkı vəziyyətə düşüb: “Yakub Lakovski Nurlan İbrahimovun məhkəməsində 3 əsas hakimdən biri idi. Cəzanı qüvvədə saxlayan da onlar oldu. Mahirin 100 min avro probleminə gəlincə, o, “Legiya”dan “Dinamo”ya keçərkən (Zaqreb) bu transferə görə 800 min avro pul ödənilməli idi. 700 min birdəfəlik, qalan 100 min 4 dəfə olmaqla 25 min avro şəklində qarşı tərəfə verilməli idi. Müqavilədə də bununla bağlı bənd yer alıb. Lakin Emreli həmin pulu gecikdirdiyinə görə hazırkı vəziyyətə düşüb”.
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir