Millimizin Şimali Makedoniya ilə oyununun vaxtı açıqlandı

Millimizin Şimali Makedoniya ilə oyununun vaxtı açıqlandı
XƏBƏR 7 Oktyabr 2022 / 12:32 3920
-  A +

Azərbaycan millisinin Şimali Makedoniya yığması ilə keçirəcəyi yoxlama oyununun vaxtı müəyyənləşib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Şimali Makedoniya ilə matçdan əvəl noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova ilə yoxlama görüşü keçirəcək.


Son xəbərlər
topaz banner