"Dinamo"dan Mahir Emreli ilə bağlı açıqlama

"Dinamo"dan Mahir Emreli ilə bağlı açıqlama
XƏBƏR 7 Oktyabr 2022 / 00:33 10550
-  A +

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu FİFA tərəfindən cəzalandırılan futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki,  Zaqreb təmsilçisi ali futbol qurumunun qərarının oktyabrın 6-da Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılığını bildirib: "Dinamo" bu məsələdə bitərəfdir. Lakin verilən qərara uyğun olaraq, Mahir Emrelinin bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək".

Qeyd edək ki, FİFA "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan millimizin üzvü  Emreli Polşa klubuna 100 min avro ödəməlidir. Qadağa Mahir borcunu ödəyənə qədər qüvvədə olacaq.

Xatırladaq ki, Mahir Emreli ötən ilin yayında "Legiya"ya keçmişdi. Dekabrda isə "Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücumu zamanı Mahir Emreli başından xəsarət alıb. Hadisədən sonra Varşava təmsilçisində oyuna çıxmayan hücumçu Polşa klubundan ayrılaraq "Dinamo"ya keçib.


Son xəbərlər
topaz banner