Sampaoli rəsmən "Sevilya"da

Sampaoli rəsmən "Sevilya"da
XƏBƏR 6 Oktyabr 2022 / 18:50 1931
-  A +

Xorxe Sampaolinin "Sevilya"ya baş məşqçi təyinatı rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb.

Argentinalı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Son iş yeri "Marsel" olan Sampaoli bu vəzifədə Xulen Lopeteqini əvəz edib.

Qeyd edək ki, Sampaoli 2016/2017 mövsümündə də "Sevilya"nı çalışdırıb. İspaniya təmsilçisi  2016/2017 mövsümündə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb. 


Son xəbərlər
topaz banner