"Zirə"nin yunanıstanlı futbolçusu Dimitrios Çantakias yerli mətbuata müsahibə verib.
Qol.az sport-fm.gr-a istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ın bu gün "Olimpiakos"la (Yunanıstan) səfərdə keçirəcəyi matç barədə də fikirlərini bölüşüb. 27 yaşlı müdafiəçi Ağdam təmsilçisinin güclü komanda olduğunu deyib:
"Qarabağ" özünü sübut etmiş möhtəşəm komandadır. "Qarabağ" turnirdə əvvəlki görüşlərində çox yaxşı çıxış edib və son oyununda da qalib gəlib. "Qarabağ"ın illərdir oturuşmuş oyun tərzi var. Komandanın yaxşı baş məşqçisi var və son matçlarda çox yaxşı çıxış edirlər. Bu gün meydanda sürətli və yaxşı futbol oynamaq istəyən komanda görəcəyik".
Çantakias Ağdam təmsilçisinin hücum etməyi sevən komanda olduğunu bildirib: "Qarabağ" topa sahib olmağı və hücum edib, kompakt oynayaraq mərhələ keçməyi sevir. "Qarabağ" müdafiə olunmağı sevən komanda deyil. Onlar topu özlərində saxlamaq istəyirlər. “Olimpiakos” oyunun favoritidir, amma “Qarabağ” öz oyun üslubunu tətbiq etsə, “Olimpiakos” problem yaşayacaq".
Çantakias düşünür ki, "Olimpiakos" topa nəzarət etsə, Ağdam təmsilçisini çətin duruma sala bilər: "Hesab edirəm ki, "Olimpiakos" topa sahib ola bilsə, “Qarabağ” çətin vəziyyətə düşəcək. Təcrübəmə görə, “Olimpiakos” müdafiədə 4 nəfərlə oynasa və yarımmüdafiədə pressinq etsə, daha yaxşı olar".
Dimitrios "Qarabağ"ın futbolçularından Abdullah Zubirin oyununu xüsusi fərqləndirib: "Zubir daha çox diqqət istəyir... O, tanıdığım ən yaxşı futbolçulardan biridir. Bu cinah oyunçusuna çox diqqət yetirmək lazımdır".
Çantakias "Zirə"nin oyunu ilə bağlı isə bu sözləri deyib: "Keçən ili nəzərə alsaq, bu dəfə mövsümə daha yaxşı başlayacağımızı gözləyirdik. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bəlkə də mövsümə yaxşı başlamamışıq, amma uğur qazanacağımıza əminəm...".
Futbolçu sonda paytaxt təmsilçisinə transfer olunmasından da danışıb. O deyib: "Panetolikos"dan sonra Bolqarıstanda oynadım. Sonra Azərbaycandan təklif aldım. Düzünü desəm, əvvəlcə hara getdiyimi bilmirdim. Amma məni çox yaxşı qarşıladılar. Burada hər şey çox yaxşıdır. Mənim müqaviləm ötən yay başa çatmalı idi. Konfrans Liqasında "Makkabi" (Təl-Əviv) ilə matçlardan sonra klub mənə yeni müqavilə təklif etdi. Mənimlə maraqlanan başqa komandalar var idi, amma bu barədə düşünmürdüm. Birbaşa "bəli" dedim, "Zirə"də qalmağa razılıq verdim. Əla baş məşqçimiz var və əminəm ki, gördüyümüz işlərlə çox yaxşı yerlərə gələcəyik. Yunanıstanda mən bu pulu qazanmazdım. Mən ölkəmə daha tez necə qayıdacağım haqda maraqlanırdım. Amma klub məni sanki qucaqladı və mən hiss edirəm ki, bu komanda bir ailədir. Bacardığım qədər "Zirə"də qalmaq istəyirəm. Onlar mənə inanırlar və mən komandaya kömək etmək istəyirəm".
Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, Çantakias 2020-ci ilin sentyabr ayından "Zirə"də oynayır.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında