A seriyası klubunda yeni baş məşqçi

A seriyası klubunda yeni baş məşqçi
XƏBƏR 6 Oktyabr 2022 / 14:21 1480
-  A +

Marko Campaolonu istefaya göndərən "Sampdoriya"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisini Deyan Stankoviç çalışdıracaq. 44 yaşlı mütəxəssislə 2023-cü ilin 30 iyununadək müqavilə imzalanıb.

Qeyd edək ki, Stankoviç karyerası ərzində yalnız "Srvena Zvezda"nın baş məşqçisi olub. O, 2019-2022-ci illərdə Serbiya təmsilçisini çalışdırıb.

Əlavə edək ki, "Sampdoriya" A Seriyasında 8 turdan sonra 2 xalla 20-ci pillədə qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner