Benzema "Qızıl top"u qazanarsa...

Benzema "Qızıl top"u qazanarsa...
XƏBƏR 6 Oktyabr 2022 / 14:10 2124
-  A +

"Real"ın futbolçusu Kərim Benzema bu il "Qızıl top"u qazanarsa, müqaviləsi avtomatik olaraq uzadılacaq.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, onun hazırkı sözləşməsində belə bir bənd yer alıb. 34 yaşlı hücumçu "Qızıl top"u qazanacağı təqdirdə 2023-cü ilin 30 iyununadək olan müqaviləsi uzadılacaq.

"Qızıl top"un qalibinin müəyyənləşəcəyi mərasim isə oktyabrın 17-si Parisdə keçiriləcək.

Qeyd edək ki, Benzema bu mövsüm La Liqanın 5 oyununda 3 qol vurub və 1 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner