"Olimpiakos" "Qarabağ"la oyunlarda 4-6 xal qazanmaq istəyir"

"Olimpiakos" "Qarabağ"la oyunlarda 4-6 xal qazanmaq istəyir"
XƏBƏR 6 Oktyabr 2022 / 10:40 2755
-  A +

Yunanıstanın sport24.gr saytı "Olimpiakos"un Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyunu öncəsi yazı dərc edib.

Qol.az xəbər verir ki, yazıda Pirey təmsilçisinin avrokuboklarda mübarizəni davam etdirməsi üçün Ağdam klubu ilə matçlarda qələbə qazanmalı olduğu vurğulanıb:

"Qrupunda hələ bir xalı olmayan "Olimpiakos" yarışın pley-off oyunlarına aparan 2-ci, Konfrans Liqasında davam etməyi təmin edən 3-cü yerə ümidlərini qoruyub saxlamaq üçün üç xal qazanmağı hədəfləyəcək. 

“Frayburq” 6 xalla qrup cədvəlinə başçılıq edir, “Nant” və “Qarabağ”ın isə hərəyə 3 xalı var, ona görə də “Olimpiakos” bu həftə və gələn həftə Azərbaycan klubu ilə ardıcıl iki matçda 4-6 xal qazanmaq istəyir. Bu halda “qırmızı-ağlar” Almaniya və Fransa klublarına qarşı son iki oyunda vəsiqə qazanmaq imkanı əldə edə bilər.

"Olimpiakos" “Qarabağ”a qalib gəlməyi həm qol, həm də futbolçuların nüfuzu və psixologiyasına görə istəyir."Olimpiakos"a ikinci dəfə baş məşqçi təyin olunan Xose Miçel  "Atromitos" üzərində qalibiyyətdən sonra liqada və Avropada  oyunçuların inamını artırmaq üçün qələbələrin davamını istəyir.

İspan məşqçi futbolçulara yüksək təzyiq göstərən, əks-hücumlarda cəld və komanda kimi kifayət qədər kompakt olan “Qarabağ”ın oyun üslubunu izah edib, “qırmızı-ağlar”dan müdafiədə və fazalarda xüsusilə diqqətli olmalarını istəyib. Bunun müqabilində komanda hücumdakı fürsətlərdən yararlanmağa çalışa bilər. Bu, səbr, zəka, düzgün taktika, çoxlu qaçış, istək, qətiyyət və səmərəlilik tələb edəcək bir oyundur".

Qeyd edək ki, bu gün keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner