Xabi Alonso Bundesliqa klubunun baş məşqçisi oldu

Xabi Alonso Bundesliqa klubunun baş məşqçisi oldu
XƏBƏR 5 Oktyabr 2022 / 21:38 4659
-  A +

"Bayer" (Leverkuzen) baş məşqçisi Cerardo Seaone ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barəəd klubun rəsmi saytı məlumat yayıb. Bundesliqa təmsilçisi bu vəzifəyə İspaniya millisinin sabiq üzvü Xabi Alonsonu təyin edib. 40 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. 

Qeyd edək ki, Xabi Aonso son olaraq "Real Sosyedad"ın B komandasının baş məşqçisi olub. O, 2019-2022-ci illərdə bu komandanı çalışdırıb.

Xatırladaq ki, Cerardo Seaone 2021-ci ilin mayından "Bayer"i çalışdırırdı. Komanda bu mövsüm onun baş məşqçiliyi altında Bundesliqanın 8 turundan sonra 5 xal toplayıb və 17-cidir.


Son xəbərlər
topaz banner