"Qarabağ"a qarşı oynaya biləcək

"Qarabağ"a qarşı oynaya biləcək
XƏBƏR 5 Oktyabr 2022 / 21:26 3166
-  A +

"Olimpiakos"un futbolçusu Hvan İy Co Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a qarşı oynaya biləcək.

Qol.az xəbər verir ki, bu barədə Yunanıstan təmsilçisinin baş məşqçisi Xose Miçel bildirib. O, oyundan əvvəl təşkil olunan mətbuat konfransında 30 yaşlı hücumçunun zədəsini tam sağaltdığını deyib. Çalışdırıcı vurğulayıb ki, Hvan İy Co sabahkı qarşılaşmada forma geyinəcək.

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner