Suares DÇ-2022-dən sonra bu kluba keçəcək

Suares DÇ-2022-dən sonra bu kluba keçəcək
XƏBƏR 5 Oktyabr 2022 / 20:29 4148
-  A +

"Nasyonal"ın (Uruqvay) məşhur futbolçusu Luis Suaresin transfer olunacağı klubun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 35 yaşlı hücumçu  "Los Anceles Qelaksi"yə keçəcək. O, DÇ-2022 başa çatandan sonra ABŞ təmsilçisinə transfer olunacaq. 

Daha əvvəl "Nasyonal"ın prezideni Xose Fuentes Suareslə müqavilənin yenilənməyəcəyini bildirmişdi. 

Qeyd edək ki, Suares iyulda "Nasyonal"a keçib. 


Son xəbərlər
topaz banner