Kvaratsxeliya: "Mənə elə gəlir ki, arzularım gerçəkləşir"

Kvaratsxeliya: "Mənə elə gəlir ki, arzularım gerçəkləşir"
XƏBƏR 5 Oktyabr 2022 / 13:54 2618
-  A +

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Ayaks"a qalib gəldikləri oyundan danışıb.

Qol.az xəbər verir ki, 6:1 hesabı ilə qalib gəldikləri matçda 1 qol vuran gürcüstanlı hücumçu UEFA-nın saytına açıqlamasında arzularının həyata keçdiyini deyib:

"Mənə elə gəlir ki, arzularım gerçəkləşir. Çünki Çempionlar Liqasında çıxış edirəm və qol vururam. Çox xoşbəxtəm, amma komandanın qalib gəlməsi mənim üçün daha vacibdir. “Ayaks” çox yaxşı oynamadı, amma ümumilikdə yaxşı oyunçuların toplaşdığı güclü komandadır. Onlar mübarizəni davam etdirməlidirlər və hamısına uğurlar arzulayıram”.

Xatırladaq ki, Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Son xəbərlər
topaz banner