Kurtua "Şaxtyor"a qarşı oynamayacaq

Kurtua "Şaxtyor"a qarşı oynamayacaq
XƏBƏR 5 Oktyabr 2022 / 13:02 1083
-  A +

Çempionlar Liqasının qrup mərhələsində bu gün "Şaxtyor"la qarşılaşacaq "Real" oyuna ciddi itki ilə çıxacaq.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın əsas qapıçısı Tibo Kurtua Donetsk təmsilçisi ilə görüşün iştirak ərizəsində yer almayıb.

Belində ağrı olan belçikalı qolkiperi Andrey Luninin əvəzləyəcəyi gözlənilir. 

Qeyd edək ki, "Real" - "Şaxtyor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner