Yunanıstan idman jurnalistləri oktyabrın 6-da "Olimpiakos"la "Qarabağ" arasında keçiriləcək oyunu diqqət mərkəzində saxlayırlar.
Qol.az xəbər verir ki, bu ölkənin sport24.gr saytında dərc olunan yazıda Pirey təmsilçisi üçün Ağdam klubu ilə qarşıdakı iki görüşün mühüm əhəmiyyət daşıdığı bildirilib.
Yazıda qeyd edilir ki, Miçelin ("Olimpiakos"un yeni baş məşqçisi - red.) ikinci qayıdışından sonra Avropa debütü komanda üçün çox vacibdir: "Qrupda sıfır xalı olan "qırmızı-ağlar"a Avroliqanın və ya Konfrans Liqasının pley-offuna yüksəlmək şansının saxlamaq baxımından "Qarabağ"la oyunda qələbə lazımdır. Əgər "Olimpiakos" azərbaycanlılarla heç-heçə etsə, onlar səfərdəki cavab matçında mütləq qalib gəlməlidirlər. Məğlubiyyət olacağı halda isə qrup üçüncülüyü uğrunda daha çox güc sərf etmək lazım gələcək.
Beləliklə, bütün bunlar ispan məşqçini məcbur etməlidir ki, o, döyüşkən "Qarabağ"a qarşı necə müqavimət göstərəcəyini, hansı heyəti seçəcəyini iki-üç dəfə düşünsün. Bununla əlaqədar məşqlərdə bir neçə test sınaqdan keçirilib".

Yazıda əsas diqqət komandanın hücum xəttindəki problemlərə yönəldilib. Mərakeşli hücumçu Yussef El-Arabinin zədə səbəbindən görüşü buraxacağı xatırladılır. Buna görə də Miçelin həmyerlisi - hücumameyli yarımmüdafiəçi Pep Bilə daha çox bel bağlaya biləcəyi istisna edilmir: "Sağ vinger olan Pep "Kopenhagen"də (Danimarka) çıxış etdiyi vaxtlarda mərkəz hücumçusu kimi də oynayıb. 26 yaşlı ispan bu komanda ilə bütün turnirlərdə 14 dəfə mərkəz hücumçusu kimi oynayıb, 8 qol vurub, 7 qol qolun ötürməsini edib. Odur ki, əgər Miçel Pepi mərkəz hücumçusu kimi oynatsa, Abubakar Kamara ehtiyatda qalacaq. Yox, hücumda Kamara oynasa, bu halda Pep Bill "Qarabağ"la matçla ya klassik yarımmüdafiəçi (4-2-3-1 sistemində), ya da sağ vinger (4-3-3 sistemində) olacaq".
Bununla belə, zədəli olan koreyalı hücumçu Xvan Iy Conun süpriz halda heyətdə yer ala biləcəyi də istisna deyil. "O, son məşqdə özünü yaxşı hiss edib" - deyə yazıda qeyd edilir.
Bildirilir ki, komandanın əsas hücumçularından olan fransalı Sedrik Bakambu Avropa Liqasına qrup mərhələsinə sifariş olunmadığından "Qarabağ"la matçlarda iştirak etməyəcək. Bundan başqa, eyni səbəbə görə Xames Rodriges, Diadi Samasseku, Aqibu Kamara, Konrad de la Fuente, Doron Leydner, Paytim Kasami də qrup matçlarını buraxmalı olacaqlar.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında