Tomaş Vatslik əməliyyat edildi

Tomaş Vatslik əməliyyat edildi
XƏBƏR 5 Oktyabr 2022 / 12:19 1038
-  A +

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub.

Qol.az Yunanıstan istinadən xəbər verir ki, 33 yaşlı çexiyalı qolkiper ölkəsində çiynindən əməliyyat edilib. Çexiya yığmasının heyətində zədələnən qolkiperin 3 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


Son xəbərlər
topaz banner