"Olimpiakos"un "Tyra 7" azarkeş qrupu "Qarabağ"a qarşı keçiriləcək Avropa Liqasının qrup matçı öncəsi etiraz bəyanatı yayıb.
Qol.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı bildirib. Etiraza səbəb UEFA-nın bu günlərdə Pirey təmsilçisinə qarşı çıxardığı qərar səbəb olub.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” UEFA tərəfindən cəzalandırılıb. Buna Yunanıstan klubunun azarkeşlərinin 2-ci turda “Frayburq”la ev oyununda pirotexniki əşyalardan istifadə etməsi səbəb olub. Ona görə də komandanın növbəti turda “Qarabağ”la qarşılaşmada azarkeş məhdudiyyəti olacaq. Stadionun ən aktiv azarkeşlərinin olduğu şimal tribunası qismən bağlanacaq. Həmçinin, Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib
Yunan azarkeşlər isə bu qərarı haqsız hesab edirlər. Bəyanatda deyilir: "Bizim mövqeyimiz belədir ki, azarkeşin və onların tribunada yaratdığı atmosferin olmadığı oyun futbol deyil! Bunu son iki ildə COVİD-19 səbəbindən matçlara fanatlar buraxılmayanda bütün dünya gördü. Azarkeşsiz oyun darıxdıcı olar".
Fanatlar bildiriblər ki, onlar UEFA-nın "Qarabağ"la matçdan öncə tətbiq edəcəyi 1 dəqiqəlik sükut qərarına əməl etməyəcəklər.
Xatırlatma: UEFA qərar verib ki, 1 dəqiqəlik sükut İndoneziya çempionatının 11-ci turunda "Arema" - "Persebaya" görüşündən (2:3) sonra olan iğtişaşlar zamanı dünyasını dəyişənlərin xatirəsinə həsr ediləcək. Həmin hadisə zamanı 174 nəfər həlak olub.
Yunan azarkeşlər bəyan ediblər ki, onlar matçın əvvəlində 1 dəqiqəli sükut qaydasını pozacaqlar. "Amma həlak olanların xatirəsinə ehtiram olaraq, görüşün 174-cü saniyəsində (həlak olanların sayı bu qədərdir) - yəni 2-ci dəqiqənin 54-cü saniyəsindən 1 dəqiqəlik sükut elan edəcəyik".
Xatırladaq ki, oktyabrın 6-sı Yunanıstanda keçiriləcək Avropa Liqasının qrup mərhələsnin 3-cü turunun "Olumpiakos"- "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı