Xviça yenə diqqət mərkəzində

Xviça yenə diqqət mərkəzində
XƏBƏR 5 Oktyabr 2022 / 00:38 4384
-  A +

Gürcüstan millisinin və "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya növbəti qoluna imza atıb.

Qol.az xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Ayaks"la hazırda davam edən səfər matçında fərqlənib. O, 63-cü dəqiqədə qapını dəqiq nişan alıb. Nəticədə Kvaratsxeliya "Napoli"də 6-cı qolunu vurub.

Həmçinin Xviça bu görüşdə qol ötürməsi ilə də yadda qalıb. O, 33-cü dəqiqədə Covanni di Lorenzonun vurduğu qolun ötürməsini verib.

Qeyd edək ki, Xviça bu yaydan etibarən "Napoli"də oynayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Son xəbərlər
topaz banner