"Marsel" - "Sportinq" oyunu tıxaca görə gec başlayıb

"Marsel" - "Sportinq" oyunu tıxaca görə gec başlayıb
XƏBƏR 4 Oktyabr 2022 / 22:11 1653
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda hazırda keçirilən "Marsel" (Fransa) - "Sportinq" (Portuqaliya) matçı nəzərdə tutulan vaxtdan gec başlayıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qonaq komandanın Marseldəki tıxacda ləngiməsi olub. Oyun vaxtından 22 dəqiqə gec başlayıb.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və "Marsel" 3:1 hesabı ilə öndədir.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner