Bu mövsüm ikinci dəfə "Qarabağ"ın oyununda

Bu mövsüm ikinci dəfə "Qarabağ"ın oyununda
XƏBƏR 4 Oktyabr 2022 / 14:16 3536
-  A +

Bosniya və Herseqovina Futbol Federasiyasının təmsilçisi İrfan Pelto bu mövsüm ikinci dəfə "Qarabağ"ın oyununda əsas referi qismində oyuna çıxacaq.

Qol.az xəbər verdiyi kimi, o, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda  "Olimpiakos"a qarşı keçirəcəyi səfər matçının baş hakimi olacaq. 38 yaşlı İrfan Pelto bu yay Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" (İsveçrə) oyununu da idarə edib. Qurban Qurbanovun komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə o, 6 sarı vərəqə göstərib (2-ni "Qarabağ"a, 4-nü "Sürix"ə).

İrfan Pelto Yunanıstan futboçu üçün isə daha tanış sımadır. Referi buna qədər bu ölkənin superliqasının   4 oyununu idarə edib. Amma onların arasında "Olimpiakos"un matçı olmayıb. O, Pirey təmsilçisinin iştirakı ilə keçirilən görüşü ilk dəfə oktyabrın 6-da "Qarabağ"la oyunda idarə edəcək.


Son xəbərlər
topaz banner