Polşa millisinin Bakıya gələcək heyəti açıqlandı

Polşa millisinin Bakıya gələcək heyəti açıqlandı
XƏBƏR 4 Oktyabr 2022 / 12:27 1416
-  A +

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olacaq Polşa yığmasının heyəti açıqlanıb.

Qol.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Blazey Korçinski Bakıdakı oyuna 15 futzalçı dəvət edib.

Polşa millisinin heyəti Mixal Klaus (Darkomp Vilanou), Mixal Kaluza (Burela), Raymund Şetsla (Malepszy Arth Soft Lesznov), Pauel Kanevski, Tomaz Kriezel, Yakub Raszkouski, Kasper Sendlevski (hamısı Konstrakt Lubava), Patrik Holi (Red Draqons Pnievi), Mateus Mroviç (Piast Qlivice), Mixal Kubik, Sebastian Leszczak, Bartlomey Naurat, Kamil Surmiak, Mikolay Zastavnik (hamısı Rekord Bielso-Biala) və Kamil Roll (Reyter Torun) baş məşqçinin sərəncamında olacaq.

Qeyd edək ki, oktyabrın 7-də, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Polşa görüşü saat 20:00-da başlayacaq.


Son xəbərlər
topaz banner