UEFA-dan hakimlərimizə təyinat

UEFA-dan hakimlərimizə təyinat
XƏBƏR 4 Oktyabr 2022 / 11:19 1808
-  A +

FİFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.


Son xəbərlər
topaz banner