"Sabah"ın şikayəti təmin edilmədi

"Sabah"ın şikayəti təmin edilmədi
XƏBƏR 4 Oktyabr 2022 / 09:52 998
-  A +

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın apellyasiya şikayətini təmin etməyib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin sentyabrın 9-da paytaxt təmsilçisi barədə 1600 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Sabah" azarkeşləri Premyer Liqanın 5-ci turunda "Səbail"lə qolsuz bərabərə qaldıqları matçda meydana kənar əşyalar atdıqları üçün klub 1600 manat məbləğində cərimələnmişdi.
 

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner