"Olimpiakos" bütün matçlarda qalib gəlməlidir"

"Olimpiakos" bütün matçlarda qalib gəlməlidir"
XƏBƏR 3 Oktyabr 2022 / 18:53 2548
-  A +

"Olimpiakos"un futbolçusu Sedrik Bakambu Yunanıstan Superliqasının 6-cı turunda "Atromitos"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, sözügedən matçda dubl edən  31 yaşlı hücumçu Pirey təmsilçisinin oynadığı bütün oyunlarda qələbə qazanmalı olduğunu deyib: " Mən hücumçuyam və komandadakı rolum qol vurmaqdır. Amma komanda yoldaşlarımın əməyi olmasa, qol vura bilmərəm. Buna görə də bütün komandaya, xüsusilə də,  Yussefə və mənə qol ötürməsi verən Matyeyə təşəkkür edirəm.

Mövsümün başlanğıcı çətin keçdi və  biz inam qazanmaq üçün qələbə qazanmağın çox vacib olduğunu bilirdik. Qol vurduq, qol buraxmadıq və bu, növbəti oyunumuz üçün bizə inam verir. Bilirəm ki, "Olimpiakos" böyük klubdur və oynadığı bütün matçlarda qalib gəlməlidir. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.

Qeyd edək ki, "Olimpiakos" növbəti oyununu Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində evdə "Qarabağ"a qarşı keçirəcək. Oktyabrın 6-ı oynanılacaq sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 


Son xəbərlər
topaz banner