Mahir Emrelinin oynamamasının səbəbi bilindi

Mahir Emrelinin oynamamasının səbəbi bilindi
XƏBƏR 3 Oktyabr 2022 / 16:36 10318
-  A +

Zaqreb “Dinamo”sunda çıxış edən millimizin hücumçusu Mahir Emreli yenidən zədələnib.

Qol.az xəbər verir ki, bu barədə “index.hr” saytı məlumat yayıb.

25 yaşlı hücumçu bu səbəbdən Xorvatiya çempionatının 9-cu turunun “Slaven”lə ev oyununda iştirak etməyib. Futbolçunun adı iştirak ərizəsində olsa da, sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, Mahir bu mövsüm artıq üçüncü dəfədir zədələnir. O, yeni mövsümdə "Dinamo"da 7 oyuna 1 qol vurub.


Son xəbərlər
topaz banner