"Olimpiakos" "Qarabağ"la oyun öncəsi daha bir hücumçusunu itirib.
Qol.az xəbər verir ki, bu dəfə Yussef El-Arabinin Ağdam klubu ilə Avropa Liqasının qrup mərhələsinin ilk oyununu buraxacağı müəyyənləşib. Yunanıstan mətbuatının yazdığına görə, Mərakeş millisinin 35 yaşlı hücumşusu dünən "Atromitos"a qarşı keçirilən superliqanın 6-cl turunun oyununun (2:0) 46-cı dəqiqəsində məcburi əvəzlənməli olub. Təcrübəli futbolçunun durumuna bu gün tibbi müayinədən sonra aydınlıq gələcək. Lakin onun "Qarabağ"la oktyabrın 6-da keçiriləcək oyunu buraxacağı bildirilir.
El-Arabi bu mövsüm "Olimpiakos"la bütün turnirlərdə 13 oyun keçirib, 3 qol vurub və 1 qolun ötürməsini edib.
Komandanım baş məşqçisi Miçel dünənki oyundan sonra keçirilən mətbuat konfrasında bildirib ki, El-Arabi fasilə zamanı ondan əvəzlənməsini xahiş edib: "Onun problemləri vardı və matçı davam etdirə bilmirdi".
Bu, "Olimpiakos"un ikinci hücumçu itkisi deməkdir. Bundan öncə Xvan Iy Co Koreya millisinin düşərgəsində zədə alıb. Onun "Qarabağ"la bu həftə Yunanıstanda keçiriləcək görüşdə iştirakı sual altındadır. Yunanıstan mətbuatı bildirir ki, Co oyuna qədər hazır olmasa, onu Ağdam klubu ilə matçda Mavritaniya millisinin hücumçusu Abubakar Kamara əvəzləyəcək.
"Atromitos"la görüşdə "Olimpiakos"un hər iki qolunu vuran komandanın yeni hücumçusu Sedrik Bakambuya gəlincə, Konqo əsiklli fransalı forvard Avropa Liqasının sifariş ərizəsində yer almır.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı