Marselo bugünkü oyun üçün iştirak ərizəsində

Marselo bugünkü oyun üçün iştirak ərizəsində
XƏBƏR 2 Oktyabr 2022 / 09:21 2566
-  A +

"Olimpiakos"un futbolçusu  Marselo yeni klubunda debüt etməyə yaxındır.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilk dəfə klubun iştirak ərizəsində yer alıb. Onun adı Yunanıstan Superliqasının 6-cı turunda "Atromitos"la matç (2 oktyabr) üçün baş məşqçi Xose Miçelin siyahısına daxil edilib.

Marselonun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyun üçün iştirak ərizəsində də yer alacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner