"Olimpiakos"dan yeni transfer

"Olimpiakos"dan yeni transfer
XƏBƏR 1 Oktyabr 2022 / 12:26 2338
-  A +

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən "Olimpiakos" heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yunanıstan təmsilçisi son klubu "Bazel" olan Paytim Kasamini transfer edib. 30 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb.

Paytim "Bazel"in heyətində ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oynayıb.

Xatırladaq ki, "Qarabağ"la "Olimpiakos" arasındakı 4-cü tur görüşü oktyabrın 6-da Yunanıstanda, 5-ci tur matçı isə bundan bir həftə sonra Bakıda keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı