Ronaldonun bacısından sərt sözlər

Ronaldonun bacısından sərt sözlər
XƏBƏR 29 Sentyabr 2022 / 17:04 9229
-  A +

Portuqaliya millisinin  hücumçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru qardaşının ölkələrində tənqid olunmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, o, sosial şəbəkə hesablarında sərt fikirlər səsləndirib: "Bugünlər məni heç təəccübləndirmir. Portuqaliyalılar yedikləri boşqaba tüpürürlər. Bu durum həmişə belədir. Portuqaliyalılar xəstə, mənasız, ruhsuz, axmaq və sonsuza qədər nankor qalacaqlar".

Qeyd edək ki, Ronaldo Millətlər Liqasının son oyunlarında qol vurmadığı üçün tənqid olunur. Portuqaliya millisi Millətlər Liqasının son turunda İspaniyaya 0:1 hesabı ilə uduzaraq A Liqasının 2-ci qrupunda  1-ciliyi əldən verib.


Son xəbərlər
topaz banner