PSJ-nin futbolçuları Kilian Mbappe və Neymar arasında münasibətlər gərgin olaraq qalır.
Qol.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilib ki, olnarın münaqişəsi avqustda fransalı hücumçu PSJ-nin əsas penalti oyunçusu təyin olunanda başlayıb. Mbappenin penaltini dəqiq yerinə yetirmədiyi, ikinci penaltini isə Neymarın qola çevirdiyi "Monpelye" ilə matçdan (5:2) sonra vəziyyətə Serxio Ramos və Markinyos müdaxilə edib.
Çempionlar Liqasında PSJ - "Yuventus" (2:1) oyunundan sonra futbolçular arasında yeni qarşıdurma yaranıb. Neymar Mbappenin bəzi qərarlarına əsəbiləşib. Daha sonra Lionel Messi ziddiyyətləri aradan qaldırmağa çalışıb.
Neymarın Mbappenin təkəbbürlü davranışından bezdiyi bildirilir. Buna baxmayaraq, futbolçular şəxsi problemlərinin PSJ-dəki mühitə təsir etməməsi üçün çalışdıqları vurğulanıb. Neymar və Mbappe vəziyyəti sakitləşdirmək niyyətindədir. Onlar münasibətlərinin medianın diqqətini cəlb etməsini və komandaya zərər verməsini istəmirlər.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi