"Fənərbaxça"dan ayrıldı, “Əl-Cəzirə”yə keçdi

"Fənərbaxça"dan ayrıldı, “Əl-Cəzirə”yə  keçdi
XƏBƏR 29 Sentyabr 2022 / 08:55 1711
-  A +

Ötən gün “Fənərbaxça”dan ayrılan Filip Novakın yeni komandası rəsmiləşib.

Qol.az xəbər verir ki, çexiyalı müdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə müqavilə bağlayıb.

Lakin tərəflər arasındakı sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. 

Qeyd edək ki, Novak 2020-ci ilin avqustundan “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul klubunda 51 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
topaz banner