"Çelsi"nin sabiq oyunçusu karyerasını başa vurdu

"Çelsi"nin sabiq oyunçusu karyerasını başa vurdu
XƏBƏR 29 Sentyabr 2022 / 00:16 2936
-  A +

"Çelsi"nin sabiq futbolçusu Ramires karyerasını başa vurub.

Qol.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə öz İnstaqram hesabında etdiyi paylaşımda bildirib. O yazıb:

“Mən yalnız Tanrıya şükür edə bilərəm ki, mənə bu fürsəti verib və məni idmanda mümkün olan ən yüksək səviyyəyə qaldırıb. İndi başqa yollara gedəcəyəm. Amma uşaqlıqdan - şəhərimi tərk edib dünyanı fəth etməyə gedəndən bəri mənimlə olan həyəcanı, sevinci, cəsarəti özümlə saxlayacağam. Hər şey üçün təşəkkür edirəm, futbol!”

Qeyd edək ki, Ramires 2010-2016-cı illərdə "Çelsi"də oynayıb. O, bu müddətdə 159 matçda 17 qola imza atıb. Oyunçu London təmsilçisi ilə Çempionlar və Avropa Liqasını, İngiltərə Premyer Liqasını, İngiltərə kubokunu qazanıb. Həmçinin futbolçu 2009-2014-cü illərdə Braziliya millisinin üzvü olub. Ramires son klubu "Palmeyras"dan 2020-ci ildə ayrılıb.


Son xəbərlər
topaz banner