"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda - Rəsmi

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda - Rəsmi
XƏBƏR 28 Sentyabr 2022 / 23:10 9846
-  A +

"Qarabağ"dan ayrılan Xayme Romeronun yeni klubunun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını "Kartaxena"da davam etdirəcək. Bu barədə Sequnda təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xayme ilə 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.

Daha əvvəl xəbər vermişdik ki, Xayme sentyabrın 20-də sözügedən klubda baxışa çağırılıb və komandanın məşqlərində iştirak edib.

Qeyd edək ki, Xayme 2019-cu ilin yayından Ağdam təmsilçisində oynayırdı. O, bu mövsümün sonunda "Qarabağ"dan ayrılıb.


Son xəbərlər
topaz banner