"Messinin "Barselona"ya qayıtması mümkündür"

"Messinin "Barselona"ya qayıtması mümkündür"
XƏBƏR 28 Sentyabr 2022 / 22:58 2920
-  A +

"Barselona"nın iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu komandanın sabiq futbolçusu, hazırda PSJ-də çıxış edən Lionel Messinin kluba geri qayıtmasının mümkün olduğunu düşünür.

Qol.az "Diario Sport"a istinadən xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. Romeu deyib: 

“Əgər Messi geri dönsə, bu azad agent statusu aldığı halda olacaq. Yəni, transfer büdcəyə daxil olmasa da, bu, mümkündür. Messi klubun əfsanəsidir, "Barselona" həmişə onun evi olacaq. Amma bu qərarı vermək məndən asılı deyil".

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə Kataloniya təmsilçisində oynayıb. O, ötən ilin yayında klubdan ayrıldıqdan sonra PSJ ilə 2+1 illik müqavilə imzalayıb. 35 yaşlı forvard bu mövsüm PSJ -nin heyətində Liqa 1-də 8 matçda 4 qol vurub və 7 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner