Levandovski: "Həftəsonu bəhanə olmamalıdır"

Levandovski: "Həftəsonu bəhanə olmamalıdır"
XƏBƏR 28 Sentyabr 2022 / 21:29 2498
-  A +

"Barselona"nın futbolçusu Robert Levandovski istirahət günlərində belə klubun bazasında tək məşq edir.

Qol.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. 34 yaşlı hücumçu fotosunu izləyiciləri ilə bölüşərək yazıb: "Həftəsonu heç bir bəhanə olmamalıdır. Məşq vaxtıdır".

Qeyd edək ki, Levandovski bu yay "Bavariya"dan "Barselona"ya keçib.


Son xəbərlər
topaz banner