Mançini: "Məqsədimiz 2026-cı ildə dünya çempionatını qazanmaqdır"

Mançini: "Məqsədimiz 2026-cı ildə dünya çempionatını qazanmaqdır"
XƏBƏR 28 Sentyabr 2022 / 19:57 1594
-  A +

İtaliya yığmasının baş məşqçisi Roberto Mançini komandanın 2026-cı il dünya çempionatı üçün hədəflərini açıqlayıb.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, mütəxəssis deyib: “Biz Millətlər Liqasının pley-off mərhələsinə çıxmağa layiq idik, Qətərdə dünya çempionu ola biləcək İngiltərəni məğlub etdik. Futbolçular əllərindən gələni etdilər, vəziyyətləri optimal olmasa da, oyun sistemini dəyişdik və futbolçular bunun öhdəsindən gəldilər.Dünya çempionatında oynamaq üçün daha 4 il gözləmək lazımdır. Amma Amerikaya getmək və dünya çempionatını qazanmaq istəyirik. Bu bizim məqsədimizdir".

Xatırladaq ki, italyanlar Qətərdə keçiriləcəkdç-2022-yə vəsiqə qazana bilməyib. 


Son xəbərlər
topaz banner