Benzema üç mükafatı birdən aldı

Benzema üç mükafatı birdən aldı
XƏBƏR 28 Sentyabr 2022 / 18:55 5032
-  A +

"Real"ın futbolçusu Kərim Benzema ötən mövsümün nəticələrinə əsasən, eyni anda üç fərdi mükafata layiq görülüb.

Qol.az xəbər verir ki, məşhur idman nəşri "Marca" tərəfindən hər il keçirilən mərasimdə hücumçu Piçiçi kuboku (La Liqada mövsümün bombardirinə verilir), Di Stefano kuboku (La Liqada mövsümün ən yaxşı oyunçusu) və azarkeşlərin seçimi ilə "Mövsümün oyunçusu" mükafatını alıb.

Ötən mövsüm Benzema "Real" ilə İspaniya çempionu olmaqla yanaşı, 27 qolla La Liqanın bombardiri adını da qazanıb.

Qeyd edək ki, 34 yaşlı forvard 2009-cu ildən Madrid təmsilçisində oynayır.


Son xəbərlər
topaz banner