Bellerin 1 ay oynaya bilməyəcək

Bellerin 1 ay oynaya bilməyəcək
XƏBƏR 28 Sentyabr 2022 / 15:54 1152
-  A +

"Barselona”nın yeni transferi Hektor Bellerinin zədəsi ciddidir.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi bu gün tibbi müayindən keçib.

Ayağının alt əzələsində problem aşkarlanan futbolçunun 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Bu yay "Barselona" ilə 1 illik müqavilə imzalayan Bellerin Kataloniya klubunda cəmi 2 oyun keçirib.


Son xəbərlər
topaz banner