Ardıcıl 5-ci dəfə penalti dəf etdi

Ardıcıl 5-ci dəfə penalti dəf etdi
XƏBƏR 28 Sentyabr 2022 / 15:18 3902
-  A +

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi uğura imza atıb.

Qol.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri matçında buna nail olub.

61-ci dəqiqədə penaltini dəf edən Sommer, ardıcıl 5-ci dəfə bu çətin işin öhdəsində gəlməyi bacarıb. O, 2020-ci ilin noyabrından indiyədək 5 penaltini dəf edib.


Son xəbərlər
topaz banner