UEFA-nın rəsmi saytı Avropa Liqasının oktyabrın 6-sı keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı ilə bağlı yazı hazırlayıb.
Qol.az xəbər verir ki, yazıda bu iki klubun bir-birinin ölkə futboluna əlaqələrindən bəhs edilir. "Olimpiakos"un 2021-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"yə hər iki görüşdə 1:0 hesabı ilə qalib gəldiyi xatırladılıb. 2016/17 mövsümü Avropa Liqasının qrupunda isə "Qarabağ"ın PAOK-la görüşdüyü və hər iki matçda rəqibini məğlub etdiyi (evdə 2:0, səfərdə 1:0) qeyd olunub: "PAOK yeganə komanda idi ki, "Qarabağ" ona bir mövsümdə hər iki matçda qalib gələ bilmişdi".
Futbolçuların hazırkı rəqibləri ilə münasibətlərinə gəlincə, yazıda qeyd edilir ki, hazırda "Qarabağ"da çıxış edən Marko Yankoviç 2013-cü ildə, 18 yaşında ikən "Olimpiakos"la müqavilə imzalayıb. Yankoviç 2013/14 mövsümündə "Olimpiakos"la UEFA Gənclər Liqası yarışında oynayıb. Amma o, əsas komandada bir oyun belə keçirməyib.
"Olimpiakos"un müdafiəçisi Sokratis Papastatopulos isə "Arsenal"da (London) oynadığı vaxtda "Qarabağ"a qol vurub. Bu, 2018/19 mövsümünün Avroliqanın Bakıda keçirilən qrup matçında (3:0) baş verib. Elə həmin mövsümün final oyununda isə Papastatopulos yenidən Bakıya gəlib və "Çelsi" ilə görüşdə (1:4) iştirak edib.
Hazırda "Olimpiakos"da icarə qaydasında çıxış edən Konrad de Fuente də ötən mövsüm "Marsel"də oynadığı dövrdə "Qarabağ"a qol vurub. ABŞ millisinin üzvü pley-off mərhələsində komandasının Bakıdakı matçda Ağdam klubunun qapısından keçiridiyi sonuncu qolun müəllifi olub. O dövr "Marsel"də çıxış edən, hazırda isə "Olimpiakos"un formasını geyinən konqolu Sedrik Bakambu da "Qarabağ"la oyunlarda iştirak edib.
"Olimpiakos"un digər oyunçusu Harri Rodriges isə PAOK-da çıxış etdiyi vaxtlarda "Qarabağ"a qarşı oynayıb (2016-17 mövsümü).
Şime Vrsalko ("Olimpiakos") və Filip Ozobiç ("Qarabağ") isə Zaqreb "Dinamo"sunun akademiyasında bir yerdə çıxış ediblər (2006-2008-ci illər).
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi